Modern.az

Ağdamda 3 nəfər yol qəzasında öldü - YENİLƏNİB

Ağdamda 3 nəfər yol qəzasında öldü - YENİLƏNİB

29 Aprel 2023, 23:45

Bu gün saat 20 radələrində Ağdamda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü və sərnişinlər, rayon sakinləri Aydın Qasımov, Təhməz Musayev və Yusif İbadov ölüb, digər sərnişin Sənan Şıxıyev isə xəsarət alıb.

 

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

***

Ağdamda minik avtomobili ağaca çırpılıb, 3 nəfər ölüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun Xındırstan kəndi ərazisində "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib.

 

Daha iki nəfər hadisə zamanı yaralanıb, onlardan biri sonradan dünyasını dəyişib. Digər yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?