Bakıda keçirilən hərbi paradla əlaqədar bağlanan Azadlıq meydanı və Neftçilər prospektində avtomobilllərin hərəkəti bərpa edilib.
Modern.az-ın məlumatına görə, hərbi parad başa çatdıqdan sonra hərbi texnika və şəxsi heyət Azadlıq meydanından çıxarılıb, bağlanmış yollar açılıb.
Qeyd edək ki, bu gün Bakıda keçiriləb hərbi parada görə, Azadlıq meydanı, Neftçilər prospekti istiqamətində küçələri ilə kəsişən bütün küçə və prospektlərdə - Kövkəb Səfərəliyeva, R.Zorge, Puşkin, Azadlıq prospekti, Rəşid Behbudov, Bülbül, Rəsul Rza, Əziz Əliyev, Niyazi, Yusif Səfərov küçələrindən Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmuşdu. Modern.az