Modern.az

DYP gücləndirilmiş rejimdə fəaliyyət göstərir

DYP gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Ölkə

30 Aprel 2023, 10:27

Paytaxt yollarında gücləndirilmiş qaydada xidmət davam etdirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

 

"Şəhərin mərkəzi hissəsində nəqliyyatın fasiləsizliyini, eləcədə piyadaların hərəkəti üçün mümkün imkanların tam təmin olunması məqsədilə şəxsi avtomobillərlə hərəkəti azaltmağı, məhdudiyyət tətbiq olunan yollara təklif olunan alternativ yolların parklama imkanlarının az olmasını nəzərə alıb dayanma durma tələblərini pozmamağı, əsasən ictimai nəqliyyatdan istifadə etməyi, sürücülərdən yollarda diqqətli olmağı piyadalara qarşı ehtiyyatlı rəftar etməyi unutmamağı xahiş edirik", - o qeyd edib.

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj