Modern.az

Eldar Namazov Moskvaya - Rüstəm İbrahimbəyovun yanına gedib

Eldar Namazov Moskvaya - Rüstəm İbrahimbəyovun yanına gedib

26 İyun 2013, 14:50

El” hərəkatının sədri, Milli Şuranın İcra aparatının rəhbəri Eldar Namazov iyunun 26-da Rusiya paytaxtına gedib. İki günlük səfər zamanı E.Namazov Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla çoxsaylı məsələlərlə bağlı məsləhətləşmələr aparacaq. 

Bu haqda “Yeni Müsavat”a danışan E.Namazovun sözlərinə görə, əsas müzakirə Milli Şuranın seçkiyə hazırlıq prosesi ilə bağlı olacaq:“Bu gün və sabah Rüstəm müəllimlə görüşüb Milli Şuranın seçki qərargahının yaradılması, vahid namizədin irəli sürülməsi ilə bağlı mövcud durum haqqında ətraflı müzakirələr aparacağıq. Bundan başqa, Milli Şura sədrinin Avropa səfəri, Milli Şuranın nümayəndə heyətinin iyulun 10-20-də nəzərdə tutulan ABŞ səfəri də əsas müzakirə mövzularındandır. Bakıya sabah qayıdacağam”.

Bu arada “Yeni Müsavat”ın əldə etdiyi xəbərə görə, Milli Şuranın iyunun 28-də keçirilməsi nəzərdə tutulan ikinci sessiyası bir neçə günlüyə təxirə salınıb.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama