Modern.az

Sərhədçilərimiz Laçında erməniləri belə yoxlayır - VİDEO

Sərhədçilərimiz Laçında erməniləri belə yoxlayır - VİDEO

Qarabağ

30 Aprel 2023, 23:10

Azərbaycan sərhədçiləri Laçın rayonu ərazisində, Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-keçid məntəqəsindən keçən şəxslərin sənədlərini yoxlayır.

 

Modern.az xəbər verir ki, müvafiq görüntülər sosial mediada yayılıb.

 

Avtomobillərin keçidi üçün normal rejim təmin edilib. Təqdim olunan kadrlardan göründüyü kimi, Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bəyan edib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI