Modern.az

Meksikada ağır qəza - 18 ölü, 33 yaralı

Meksikada ağır qəza - 18 ölü, 33 yaralı

Dünya

1 May 2023, 00:59

Meksikanın cənubundakı Nayarit ştatında avtobus dərəyə aşıb.

 

Modern.az EFE agentliyinə istinadən xəbər verir ki, hadisə Kompostela bölgəsində baş verib.

 

Bildirilir ki, qəza nəticəsində 18 nəfər ölüb, 33 nəfər yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi