Modern.az

Nazirlik: “Hüseynqulu Bağırovla bağlı yayılan məlumat uydurmadır”

Nazirlik: “Hüseynqulu Bağırovla bağlı yayılan məlumat uydurmadır”

26 İyun 2013, 15:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyi nazir Hüseynqulu Bağırovla bağlı bəzi Kütləvi İnformasiya Vasitələrində yayılmış məlumatları təkzib edib.

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, bəzi KİV-lər ekologiya və təbii sərvətlər nazirinin 12 iyun 2013-cü il tarixində Ağcabədi rayonunda vətəndaşlarla keçirdiyi görüşlə bağlı yanlış məlumat yayıb.

”Bildiririk ki, yayılan məlumat heç bir əsasa söykənmir və provakasiya xarakteri daşıyır. Çünki 13 gün əvvəl keçirilmiş görüş barəsində indi yalanların uydurulması, qərəzli şəkildə ETSN-nin adının hallandırılması yalnız bu cür qiymətləndirilməlidir.
Qeyd edək ki, sözügedən görüşdə istər iqtidar, istərsə də müxalifət yönümlü KİV nümayəndələri iştirak edib. Əgər görüş zamanı qəbula gələnləri qane etməyən hansısa hadisə baş versəydi, qəbul prosesini izləyən jurnalistlər mütləq elə həmin vaxt bu barədə xəbər yayardı. Bu görüşdə əvvəlcədən qeydiyyatdan keçən 50 nəfərdən əlavə ekologiya və təbii sərvətlər naziri görüşə yazılmayan daha 11 şəxsi qəbul edib ki, onların da əksəriyyətinin müraciətləri mülkiyyət hüquqları ilə bağlı olub. ETSN-yə heç bir aidiyyəti olmasa da, həmin şəxslərin müraciətləri də dinlənilib, rayon icra hakimiyyətinin və torpaq komitəsinin nümayəndələri görüşə dəvət olunaraq bəzi şikayətlər yerində həll edilib, digərlərinin isə ərizələri alınaraq aidiyyəti təşkilatlara göndərilməsi təmin olunub. Həmçinin qəbul zamanı müxalifət partiyalarından birinin üzvü Abbasov İsa Misir oğlunun da ETSN-yə aidiyyəti olmayan şəxsi xarakterli şikayəti diqqətlə dinlənilib və lazımi kömək göstərilməsi üçün müvafiq qurumlara müraciət olunub.
Ona görə də bəyan edirik ki, kimlərinsə indi hansısa səbəblərdən gündəmə gətirdiyi məlumatlar uydurmadır. Görüş zamanı qəbul otağında və gözləmə zalında heç bir hadisə baş verməyib, qeydiyyatdan keçən və keçməyən bütün vətəndaşların müraciətlərinə qanunamüvafiq qaydada baxılıb”.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama