Modern.az

OPEC+ ölkələri neft hasilatını azaltmağa başlayıb

OPEC+ ölkələri neft hasilatını azaltmağa başlayıb

1 May 2023, 09:58

Rusiya da daxil olmaqla 9 "OPEC+" ölkəsi 2024-cü ilin sonuna qədər neft hasilatını könüllü olaraq azaltmağa başlayıb.


Modern.az xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı məlumat yayıb.


Məlumata görə, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair, Oman və Qabon kimi ölkələr neft hasilatını azaltmağa başlayıblar. Rusiya hasilatı gündəlik 500 min barel azaltmaq qərarını ilin sonuna qədər uzadıb.

 

Qeyd edək ki, hasilatın könüllü azaldılması 2022-ci ilin noyabr ayından etibarən qüvvədə olan və gündəlik neft hasilatını 2 milyon barel azaltmağa yönəlmiş OPEC+ planına əlavə olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi