Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9-cu və 11-ci sinfi bitirmiş məzunlar üçün iyunun 25-də keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
Modern.az-ın məlumatına görə, imtahanın nəticələri komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib. 9-cular nəticələri buradan
//tqdk.gov.az/netorta11/ ;
11-ci ilə isə buradan
//tqdk.gov.az/netorta11/ öyrənə bilərlər.
Qedək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublikanın 9 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada buraxılış imtahanı keçirib. İmtahanda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcədə eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər iştirak ediblər.
Modern.az