Modern.az

Sabiq deputat Hüseyn Abdullayev axtarışa verildi

Sabiq deputat Hüseyn Abdullayev axtarışa verildi

26 İyun 2013, 17:27


Sabiq millət vəkili Hüseyn Abdullayev barəsində axtarış elan edildi.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, ona qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işçi qaldırılıb.

Məlumatda qeyd olunub ki, H. Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub.  

Hazırda onun  tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Modern.az-ın məlumatına görə, bəstəkar, “Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu. Sonradan onu zadlığa buraxdılar.
2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, onu namizəd kimi qeydə almadılar.

H.Abdullayev bu ilin əvvəlində ölkə başçısına müraciət edərək, bəzi hakimiyyət nümayəndələrinin ona təzyiq etdiyini bildirmişdi. O, müraciətində ABŞ səfirliyinə bina tikilməsi üçün satmaq istədiyi torpaq sahəsinə sənəd ala bilmədiyini vurğulamışdı. 

H.Abdullayev bu yaxınlarda yazdığı “Susma!” adlı yeni marşla növbəti dəfə gündəmə gəldi. Bu mahnıya çəkilən klipdə son illər ölkədə baş verən haqsızlıqlar, insan hüquq və azadlıqlarının pozulmasına etiraz əks olunub. Qeyd edək ki, marşın klipində də müxalifətin son illər keçirdiyi aksiyalarındakı görüntülərdən istifadə olunub.
“Susma!” əsəri üzə çıxandan sonra H.Abdullayev özünə ailə üzvlərinə qarşı təzyiqlər başladığını bəyan etdi, qardaşım Azər Abdullayevin əsassız olaraq işdən çıxarıldığını bildirdi. Qeyd etdi ki, onun keçmiş biznes fəaliyyətini yoxlayıb, qondarma cinayət işi açmağa çalışırlar.

H.Abdullayevin hazırda xaricdə - Almaniyada olduğu barədə məlumatlar var...

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər