Böyük Britaniyanın sabiq baş naziri Liz Trass dövlətə 15 min dollar ödəməlidir.
Modern.az “The Times” nəşrinə istinadən xəbər verir ki, bu vəsait Trass vəzifədə olarkən "Chevening House"dan yoxa çıxan başmaq, qida, içkilər və digər şeylərə görə hesablanıb.
Qanun layihəsinə əsasən, xərclərin onun siyasi fəaliyyəti ilə bağlı xərclər olmadığı təqdirdə Trass pulu ödəməli olacaq. Nəşr yazır ki, sabiq baş nazir yaxın çevrəsi ilə görüşlər üçün "Chevening House"dan istifadə edirdi və bu, tez-tez axşam əyləncələrinə çevrilirdi.
Hələlik Trass xərcləri əsaslandırmağa müvəffəq olmayıb.