Modern.az

Sağ qalmaq üçün Rusiya pasportunu götürün - Ukrayna ombudsmanı

Sağ qalmaq üçün Rusiya pasportunu götürün - Ukrayna ombudsmanı

Dünya

1 May 2023, 12:14

Ukrayna ombudsmanı Dmitro Lubinets işğal olunmuş ərazilərdə yaşayan vətəndaşlara çağırış edib.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, o, vətəndaşlara özlərini riskə atmamağı və Rusiya pasportunu götürməyi tövsiyə edib.

 

“Mən sizə Rusiya pasportunu götürməyi məsləhət görərdim, hələ də sağ qalmaq üçün özünüz qərar verin. Bu, ən vacibidir. Başa düşürük ki, bu, təzyiq altında, fiziki təzyiq altında olur. Buna görə də pasport götürün, sağ qalın, biz ərazini azad edənə qədər gözləyin", - deyə ombudsman bildirib.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Rusiya pasportlarını qəbul etməkdən imtina edən vətəndaşların deportasiyasına icazə verən fərman qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi