Daşkənddəki Azərbaycanlıların Heydər Əliyev adına Milli Mədəniyyət Mərkəzinin həyətində quraşdıırılan monitorda Azərbaycan Silahlı Qüvvələrinin gücünü göstərən sənədli film nümayiş etdirilib. Azərbaycan Respublikasının Səfirliyində fəaliyyət göstərən Hərbi İdarənin təşkil etdiyi təntəənəli bayran tədbirində Özbəkistanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, Türkiyə, Rusiya, Ukrayna, İtaliya, Tacikistan, Türkmənistan, Polşa dövlətlərinin hərbi attaşeləri və səfirləri, eləcə də Özbəkistanın Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsinin nümayəndələri və xarici və yerli mətbuatın təmsilçiləri iştirak edib. Müxtəlif dövlətlərin hərbi attaşeləri və səfirləri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyduqdan sonra, xatirə şəkli çəkdiriblər.
Azərbayacnın Özbəkistandakı səfiri Hüseyn Quliyev ziyafətə gələn qonaqları salamlayıb. Daha sonra ordu generalı, Azərbaycan Milli Ordusunun Özbəkistandakı hərbi attaşesi Elbrus Orucov 95 yaşlı Ordumuzun tarixindən danışıb. Onun 1918-ci ildən -1920-ci ilə qədər ilk formalaşdığı dövrdən, Nuru Paşanın hər tərəfdən düşmən əhatəsində olan Demokratik Azərbaycan Respublikasının qorunması üçün 30 minlik ordu yaratmasından danışıb.
O , Azərbaycan Respubklikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun və müdafiə sənayesinin güclənməsi üçün göstərdiyi qayğını , və Ordumuzun gücünün nəyə qadir olduğunu, eləcə də bizə qarşı ermənilərin başladıqları müharibənin mahiyyətini bir daha diplomatik korpusun əməkdaşlarının və hərbçilərin diqqətinə çatdırıb.
Tədbirdə iştirak edən qonaqlar üçün bayram süfrəsi təqdim olunub. Azərbaycanlıların Mədəniyyət evinin “Azəri qızları” rəqs ansamblı isə qonaqlara xüsusi konsert nömrəsi nümayiş etdirib.
Ləman Ağayeva