Modern.az

İran Səudiyyədəki səfirliyi və konsulluğunu yenidən açır

İran Səudiyyədəki səfirliyi və konsulluğunu yenidən açır

1 May 2023, 14:42

İranın Ər-Riyaddakı səfirliyi, o cümlədən Ciddədəki baş konsulluğu və İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi fəaliyyətini bərpa edib. 

 

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani "IRIB" nəşrinə bildirib.

 

“İran İslam Respublikasının üç nümayəndəliyi, Ər-Riyaddakı səfirliyi, baş konsulluğu və İranın Ciddədəki İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi adi rejimdə fəaliyyətə başlayıb”, - deyə Kənani qeyd edib.

 

O, vurğulayıb ki, bu, nümayəndəliklərin işinin bərpasının ilk mərhələsidir. XİN rəsmisi onların göstərilən müddətdə tam həcmdə işə başlayacağına ümid etdiyini qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi