Modern.az

ABŞ-ın “Zuni” raketləri Ukraynadadır

ABŞ-ın “Zuni” raketləri Ukraynadadır

1 May 2023, 14:54

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk Su-25 təyyarəsinin raketlərlə birlikdə fotosunu yayıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu, ABŞ-ın "Zuni" raketləridir.

 

Nikolay Oleşçuk özü fotoşəkildə hansı raketlərin göstərildiyini dəqiqləşdirməyib.

 

Yanvarın 6-da ABŞ hərbi yardım paketi çərçivəsində Ukraynaya göndəriləcək silahların siyahısını dərc edib. Xüsusilə, 4000 "Zuni" "hava-yer" tipli raketləri də siyahıya daxil idi. Raketin maksimal uçuş məsafəsi 8 kilometrdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi