İsrailin xarici işlər naziri Eli Kohen Belçikaya rəsmi səfərə gedib.
Modern.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
O, paytaxt Brüsseldə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel ilə görüşəcək.
Məlumata görə, İsrail XİN başçısının SEPAH-ın terror təşkilatı elan edilməsi xahişi ilə avropalı həmkarına müraciət edəcəyi gözlənilir.