Modern.az

Yaqub Mahmudov “Türk dünyasında ilin adamı” mükafatına layiq görülüb

Yaqub Mahmudov “Türk dünyasında ilin adamı” mükafatına layiq görülüb

Mədəniyyət

1 May 2023, 16:14

AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Mükafat Komitəsinin 2023-cü il 3 fevral tarixli qərarı ilə “İstiqlal” ordeninə və “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatına layiq görülüb.

 

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən Modern.az-a verilən məlumata görə, tarixçi-alimə “İstiqlal” ordeni Türk dünyası elmi və təhsilindəki böyük xidmətlərinə görə, “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatı isə 2022-ci ildəki uğurlarına görə verilib.

 

Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl TDABEA-nın həqiqi üzvü seçilib və akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı, Beynəlxalq Atatürk Mükafatı və 2019-cu il üçün “Türk dünyasında ilin elm adamı” Beynəlxalq mükafatı ilə təltif edilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu