Modern.az

Prezident Sabirabada pul ayırdı - SƏRƏNCAM

Prezident Sabirabada pul ayırdı - SƏRƏNCAM

1 May 2023, 16:24

Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon (iki milyon doqquz yüz min) manat ayrılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Sərəncamla Maliyyə Nazirliyinə bu göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal