AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rumıniya hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Hava limanında Rumıniyanın Baş naziri Viktor Pontanı Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Rumıniyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Viktor Ponta və Elçin Əfəndiyev arasında qısa protokol söhbəti olub.