Modern.az

Qadın namizədi kölgə ilə əvəzlədi, tənqid olundu - FOTOLAR

Qadın namizədi kölgə ilə əvəzlədi, tənqid olundu - FOTOLAR

1 May 2023, 17:07

Türkiyənin sabiq baş naziri Necmettin Erbakanın oğlu Fatih Erbakanın sədri olduğu Yenidən Rifah Partiyasının (YRP) seçki avtomobilində qadın deputatlığa namizədin fotosu qaraldılıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Düzcedə baş verib.

 

Belə ki, vilayət ərazisində hərəkət edən və təbliğat-təşviqat aparan avtomobilin üzərində kişi namizədlərin şəkilləri olduğu kimi qalsa da, qadın namizədin fotosu qara kölgə şəklində təsvir olunub.

 

Səadət Partiyasından qoparaq "Cümhur İttifaqı"na daxil olan YRP-nin bu addımı böyük etirazlara səbəb olub.

 

Qeyd edək ki, YRP qadın hüquqları ilə bağlı yanaşmalarına görə tez-tez tənqid edilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi