Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Oğuz rayonunda "Chevrolet Niva" markalı minik avtomobilin akkumulyator hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Kürdəmir rayonu Aran qəsəbəsində vətəndaşa məxsus "Москвич" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Toyota" markalı minik avtomobilinin müharrik hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Masallı şəhərində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusun salonu yanıb. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az