Modern.az

Əhaliyə torpaq sahələrinin ayrılması - Nazirlər Kabineti AHİK-in müraciətini cavabsız qoyur

Əhaliyə torpaq sahələrinin ayrılması - Nazirlər Kabineti AHİK-in müraciətini cavabsız qoyur

Təhsil

27 İyun 2013, 10:10



Uzun müddət mənzil növbəsində duran vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, onlara ev tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin sadələşdirilməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Nazirlər Kabinetinə müraciət etmişdi. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Modern.az-a bildirib ki, bu barədə hələ ki, heç bir rəsmi məlumat yoxdur. 

Qeyd edək ki, Azərbaycanda əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin sadələşdirilməsi Nazirlər Kabineti, AHİK və ASK arasında 2012-2013-cü illər üçün imzalanmış Baş Kollektiv Sazişdə nəzərdə tutulur.

Sazişdə bildirilir ki, sənədi imzalayan tərəflər əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə, tikinti materiallarının qiymət və keyfiyyətinə nəzarətin gücləndirilməsi üçün tədbirlər görəcəklər.  Baş Kollektiv Sazişdə nəzərdə tutulub ki, uzun müddət mənzil növbəsində duran vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması üçün onlara heç olmasa torpaq sahəsi verilməlidir.  Xatırladaq ki, Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası 2012-2013-cü illər üçün qarşılıqlı razılaşmanı nəzərdə tutan Baş Kollektiv Sazişə 2012-ci ilin mart ayında imza atıblar.  

Gültəkin ƏLƏSGƏR
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama