Sudandakı toqquşmalar nəticəsində 815 min nəfərin ölkəni tərk edəcəyi proqnozlaşdırılır.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi BMT-nin qaçqınlar üzrə rəsmisi Rauf Mazuya istinadən məlumat yayıb.
Bildirilir ki, artıq 73 minə yaxın insan ölkəni tərk edib.
Qeyd edək ki, Sudanda nizami ordu ilə çevik hərəkət qüvvələri arasında toqquşmalar aprelin 15-də başlayıb. Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, qarşıdurmalar zamanı azı 528 nəfər ölüb, 4599 nəfər yaralanıb.