Modern.az

Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

Təhsil

27 İyun 2013, 10:14

Ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçiminə başlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu gündən başlanan ixtisas seçimi internet vasitəsilə aparılacaq.

Bildirilib ki, müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

İxtisas seçimi iyunun 30-dək davam etdiriləcək.

Qeyd edək ki, magistraturaya qəbul imtahanları ilə bağlı TQDK-da Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına iyunun 27-də və 28-də yalnız şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama