Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili İsrailə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər mayın 3-dək davam edəcək. O, İsrail Prezidenti, eləcə də digər yüksək vəzifəli rəsmilərlə görüşlər keçirəcək.
Darçiaşvili İsraildəki gürcü diasporunun nümayəndələri ilə də görüşəcək.