Modern.az

XİN mina terroru ilə bağlı məlumat yaydı

XİN mina terroru ilə bağlı məlumat yaydı

2 May 2023, 07:49

“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda davam edir. Təəssüf ki, minanın partlaması daha bir mülki şəxsin ölümünə səbəb olub”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat verib.

 

Qeyd olunub ki, 2020-ci ildə müharibənin bitməsindən indiyədək Azərbaycanda mina qurbanlarının sayı 299 nəfərə çatıb: “Beynəlxalq ictimaiyyət Ermənistanın davam edən bu təhlükəsinə səssiz qalmamalıdır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj