Niderlandın Qroningen şəhərində Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun adına verilmiş saxta Ukrayna sürücülük vəsiqəsi olan sərxoş sürücü həbs edilib.
Modern.az xarici KİV-ə istinədən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yoxlama üçün sürücünü saxlasalar da, kişinin sərxoş vəziyyətdə olduğunu anlayıblar.
Avtomobilə baxış zamanı saxta sürücülük vəsiqəsi aşkarlanıb. Sənəddə Britaniyanın keçmiş baş nazirinin fotosu, həmçinin Consonun əsl adı və doğum tarixi qeyd olunub. Sənədin müddəti 3000-ci ildə başa çatır.
Bildirilir ki, sürücü cərimələnib, saxta vəsiqə isə polis tərəfindən müsadirə edilib.