Dünya dollardan tədricən imtina etməyə başlayıb.
Modern.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun icraedici direktoru Kristalina Georgiyeva bildirib.
O, dollardan istifadənin perspektivlərindən danışaraq, bu məsələnin narahatlıq doğurmadığını deyib: “Dollardan tədricən imtina var, lakin mən buna alternativ görmürəm. Bu, ən azı yaxın vaxtlarda olmayacaq”.
Qeyd edək ki, bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak ölkəsinin enerji resursları üçün hesablamalarda dollar və avrodan tamamilə imtina etdiyini açıqlamışdı.