Modern.az

Davutoğlu: Bakıya və Naxçıvana getsəydim... - VİDEO+FOTOLAR

Davutoğlu: Bakıya və Naxçıvana getsəydim... - VİDEO+FOTOLAR

2 May 2023, 09:48

Türkiyənin sabiq baş naziri və XİN başçısı, müxalifətin "Millət İttifaqı"na daxil olan Gələcək Partiyasının sədri Ahmet Davutoğlu Azərbaycanla bağlı danışıb.

 

Modern.az xəbər verir ki, Davutoğlu Cem TV-nin "Not defteri" verilişinin qonağı olarkən bu mövzuya toxunub.

 

"Bu gün Bakı küçələrinə düşsəm, Konyadakı kimi (Konya Davutoğlunun anadan olduğu vilayətdir - red.) qarşılanaram. Naxçıvana getsəm, Taşkent kimi (Taşkent Konyanın Davutoğlunun doğulduğu rayonudur - red.) qarşılanaram. Bakının sahilləri Konya kimidir. Ərbilə getsəm, orada da məni Konyadakı kimi qarşılayarlar", - deyə o bildirib.

 

Ahmet Davutoğlu baş nazir olarkən 19-20 sentyabr 2014, xarici işlər naziri olarkən 26 may 2009, 19-22 oktyabr 2009, 19 aprel 2010, 7 mart 2012, 15-16 oktyabr 2012, 17 iyul 2013, 14-16 avqust 2013, 19 fevral 2014, 26 may 2014-cü il tarixlərində Azərbaycana ümumilikdə 10 dəfə səfər edib.

 

2016-cı ilin mayında baş nazir vəzifəsini və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrliyini tərk edən A.Davutoğlu 2019-cu ildə Gələcək Partiyasını qurub. Hazırda müxalifətdəki "Millət İttifaqı"na daxil olan partiya 14 may seçkilərində prezidentliyə vahid namizəd kimi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunu dəstəkləyir. Gələcək Partiyasının deputatlığa namizədləri isə (ümumilikdə 19 nəfər) CHP-nin proporsional siyahısından seçkilərə qatılır.

 

 

Davutoğlunun 2014-cü ilin aprelində Bakıya səfəri zamanı çəkilən fotoları təqdim edirik:

 

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI