Ötən gecə dünyasını dəyişən xalq artisti Siyavuş Aslanın harada dəfn olunacağı hələ müəyyənləşməyib. Bu barədə Modern.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. O, bildirib ki, xalq artisti ilə vida mərasimi bu gün saat 13.00-da radələrində Akademik Milli Dram Teatrında keçiriləcək.