Modern.az

Hacı Şahinin yerinə TƏYİNAT

Hacı Şahinin yerinə TƏYİNAT

Ölkə

2 May 2023, 11:14

Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

Komitə sədri bildirib ki, məscidə Əli Şərbətov imam təyin olunub və o, bu gün təqdim olunacaq.

 

M.Qurbanlı məscidə yeni təyinatların olacağını da vurğulayıb: "Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı təyin ediləcək".

 

Qeyd edək ki, bundan əvvəl “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin olub. Tanınmış ilahiyyatçı martın 2-də ürəktutmasından vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj