Modern.az

Radikal islam ölkəmiz üçün ən ciddi təhdiddir - Deputat 

Radikal islam ölkəmiz üçün ən ciddi təhdiddir - Deputat 

Parlament

2 May 2023, 11:52

“Ölkə daxilində radikal təriqətlərin, ölkəmizin həyata keçirdiyi siyasətə qarşı təbliğat aparan şəxslərin həbsi davam etdirilməlidir. Əslində son günlər hüquq-mühafizə orqanları bu istiqamətdə çox ciddi addımlar atırlar”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov səsləndirib.

 

“Ancaq bu da reallıqdır ki, onların sayı on minlərlərdir. Eyni zamanda, ölkəmizdə dini fəaliyyət sahəsində islahatlar sürətləndirilməlidir. Biz islahatlarda gecikməməliyik. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi üçün ən ciddi təhdidi siyasiləşmiş və radikal islam təşkil edir. Hələ də bir sıra bölgə və məscidlərimizdə bu təfəkkür və düşüncədə olan din xadimləri fəaliyyət göstərməkdədir. Bu çox ciddi məsələdir. Biz indidən bu istiqamətdə ciddi addımlar atmasaq, islahatlar həyata keçirməsək gələcəkdə çox ciddi təhdidlərlə yenidən üz-üzə gələcəyik. Bunun üçün kompleks tədbirlərin həyata keçirilməsini davam etdirməliyik”,- deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi