Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb.
Modern.az xəbər verir ki, onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
***
12:56
Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Belçikanın paytaxtı Brüsseldə səfərdədir.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, H.Hacıyev NATO Baş katibinin köməkçisi David Katler ilə görüşəcək.