Modern.az

Mehman Xəlilov qanun qarşısında cavab verəcək - Nazirlik

 Mehman Xəlilov qanun qarşısında cavab verəcək - Nazirlik

İdman

2 May 2023, 14:44

Son günlər mətbuatda məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlarla qəddarlıqla davranmasını əks etdirən videogörüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi bununla bağlı məlumat paylaşıb.

 

“2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından kədərləndiyimizi bildirir və ailəsinə dərin hüznlə başsağlığı diləyirik. Allah rəhmət eləsin!”, - paylaşımda deyilir.

 

Məlumatda hadisə ilə bağlı cinayət işinin qaldırıldığı və məşqçi M.Xəlilovun hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanıldığı və azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxsin qanun qarşısında cavab verəcəyi vurğulanıb.

 

Qeyd edək ki, aprelin 29-da Sumqayıtda 7 yaşlı uşaq idman məktəbində aldığı xəsarət səbəbindən dünyasını dəyişib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi