Modern.az

“Müsavat: “Moskvada aparılan vahid namizəd müzakirəsindən narahat deyilik”

“Müsavat: “Moskvada aparılan vahid namizəd müzakirəsindən narahat deyilik”

Təhsil

27 İyun 2013, 12:51



“İlkin razılaşma və məsləhətləşmələrin harada olması Müsavat Partiyasında heç bir narahatlıq yaratmır”. Bunu Modern.az saytına açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı “El” Hərəkatının sədri, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun Moskvada Rüstəm İbrahimbəyovla vahid namizəd məsələsinin müzakirəsinə münasibət bildirərkən deyib.

  O qeyd edib ki, hər bir partiya və şəxs ilkin müzakirələri hər yerdə apara bilər.

“Yekun qərarlar Milli Şuranın sessiyasında veriləcək. Müsavat Partiyası demokratikdir, buna görə də kimlərinsə hardasa bir məsələni müzakirə etməsi bizdə qıcıq yaratmır” deyə vurğulayıb. Müsavat rəsmisi daha sonra əlavə edib: “Qoy kiminlə istəyirlər məsləhətləşsinlər, öz qərarlarını müəyyənləşdirsinlər”/

Başqan müavini bildirib ki, Milli Şuranın  sessiyasında son qərar verilərkən  Müsavat Partiyası da öz mövqeyini sərgiləyəcək.  

Aqşin KƏRİMOV  
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama