Modern.az

Sabah 38 dərəcə isti olacaq - HAVA

Sabah 38 dərəcə isti olacaq - HAVA

Təhsil

27 İyun 2013, 13:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iyunun 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz çənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 18-23, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın əksər rayonlarında iyunun 28-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi şimal rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama