Modern.az

“Beşiktaş”dan Azərbaycan dilində paylaşım: Can qardaş!

“Beşiktaş”dan Azərbaycan dilində paylaşım: Can qardaş!

İdman

2 May 2023, 21:40

Türkiyənin “Beşiktaş” futbol klubu “Sabah” komandasının onları xeyriyyə matçı üçün Bakıya dəvət etməsi ilə bağlı sosial şəbəkə hesabındakı paylaşımına cavab verib.

 

Modern.az xəbər verir ki, “Beşiktaş” sosial media hesablarında etdiyi paylaşımda “Sabah”ın dəvətini qəbul etdikləri bildirilib.

 

“Beşiktaş” “Sabah”ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib: “Salam, can qardaş,

 

Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!