Azərbaycan Premyer Liqasında XXXII turun son oyunu keçirilib. Həftənin mərkəzi qarşılaşmasında "Neftçi" ilə "Qarabağ" klubları üz-üzə gəliblər.
Modern.az xəbər verir ki, görüş Ağdam klubunun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Ramil Şeydayev, Leandro Andrade, Mateus Saldanya (2 qol, biri avtoqol), Emin Mahmudov, Abdullah Zubir vurublar.
Bununla da "Neftçi"nin sona 4 tur qalmış mövsümü bürünc medalla başa vuracağı rəsmiləşib. Lider "Qarabağ" isə xallarının sayını 81-ə yüksəldib.