Modern.az

Azərbaycandan siyasi sığınacaq istəyənlər daha çox İran vətəndaşlarıdır

Azərbaycandan siyasi sığınacaq istəyənlər daha çox İran vətəndaşlarıdır

Təhsil

27 İyun 2013, 13:25

Hazırda Azərbaycana siyasi sığınacaq almaq üçün 2000 nəfər müraciət edib.

Bunu Modern.az-a Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyib. O bildirib ki, Azərbaycanda 65 nəfərə qaçqın statusu verilib. Ə. Əliyevin sözlərinə görə, Azərbaycandan siyasi sığınacaq istəyənlər daha çox İran, Əfqanıstan, İraq kimi ölkələrin vətəndaşlarıdır.

 “Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsində olan 1500 nəfərdən çox qaçqın var. Dövlət onları qaçqın statusu ilə təmin etməsə də, onlar buna dözümlü yanaşırlar”.

Azərbaycandan da xarici ölkələrə sığınacaq üçün kifayət qədər müraciət olduğunu deyən Miqrasiya Mərkəzinin rəhbəri bildirdi ki, azərbaycanlılar daha çox Almaniya, Norveç, İsveç, Amerika Birləşmiş Ştatları, Kanada və Belçika kimi ölkələrə müraciət edirlər.  

Gültəkin ƏLƏSGƏR
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama