Modern.az

Abşeronda qadın əri tərəfindən BIÇAQLANDI

Abşeronda qadın əri tərəfindən BIÇAQLANDI

Hadisə

3 May 2023, 09:20

Abşeron rayonunda qadın bıçaqlanıb, əri şübhəli bilinir.

 

Modern.az-ın xəbərinə görə, hadisə mayın 2-də rayonun Xırdalan şəhəri, B.Səfəroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydə alınıb.

 

Belə ki, həmin evdə kirayədə yaşayan 1991-ci il təvəllüdlü R.Kərimova əri, 1987-ci il təvəllüdlü Ş.Kərimov tərəfindən bıçaqla sol kürək nahiyəsinə, sol döş qəfəsinə və qarın boşluğuna daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası xəsarətləri yetirilib.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?