Modern.az

Milli Şuranın ABŞ səfəri təxirə salınır

Milli Şuranın ABŞ səfəri təxirə salınır

Təhsil

27 İyun 2013, 13:39


Milli Şurada təmsil olunan partiya rəhbərlərinin ABŞ-a səfər edəcəyi ilə bağlı məsələ mətbuatın gündəmindən düşmür. İsa Qəmbər, Sülhəddin Əkbər, Mirmahmud Mirəlioğlu və Eldar Namazovun iştirak edəcəyi gözlənilən səfərin  iyulun 10-a baş tutacağı da  əvvəlcədən planlaşdırılımışdı. Müxalifət liderlərinin Amerika səfəri zamanı Konqresdə görüşlər keçiriləcəyi bildirilirdi.

Milli Şura üzvü, eks-spiker Rəsul Quliyevin bu xəbəri təkzib etməsi vəziyyəti 180 dərəcə dəyişdi. R.Quliyev Modern.az-a açıqlamasında müxalifətin ABŞ səfərindən xəbərsiz olduğunu bildirərək bunun şayiə olduğunu bildirməsi Şurada narazılıqla qarşılandı.

Eks-spikerin bu bəyanatında sonra Milli Şurada vəziyyət bir qədər dəyişdi. Bu dəfə Birləşmiş Ştatlara təyin olunan səfərin ləğv edilməsi haqda məlumatlar yayılmağa başlayıb. Tarixi ABŞ görüşlərinin fiaskoya uğradığı bildirilir.

Bu xəbəri Modern.az-a açıqlamasında Milli  Şura üzvü Zəfər Quliyev də təsdiqləyib.  Z.Quliyev Modern.az-a açıqlamasında bildirib ki, ABŞ səfəri təxirə salına bilər.

“Səfər ləğv oluna da bilər, təxirə salına da bilər. Bu barədə biz hələ ayın əvvəllərindən müzakirələr aparırdıq. Səfərin baş tutması sual altındadır. Bu ABŞ tərəfindən aslıdır. Ola bilər səfər baş tutmasın. Bu normal haldır. İl boyu olur ki, dəfələrlə səfər planlaşdırılır,son anda bu alınmır”-deyə Z.Quliyev bildirib.

Eldar Namazovun bu gün axşam Bakıya qayıdacağını bildirən Z.Quliyevin sözlərinə görə, Milli Şuranın növbəti iclası iyulun 2-ə təyin edilib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama