Modern.az

Qaribaşvili Budapeştə getdi - SƏBƏB

Qaribaşvili Budapeştə getdi - SƏBƏB

Dünya

3 May 2023, 12:28

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Macarıstana yola düşüb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, Qaribaşvili paytaxt Budapeştdə keçiriləcək Konservativ Siyasi Fəaliyyət Toplantısına qatılacaq.

 

Gürcüstan baş naziri digər yüksək səviyyəli görüşlərdə də iştirak edəcək. Xarici işlər naziri İliya Darçiaşvili də Qaribaşvili ilə birgə Budapeştə yollanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi