Ukrayna prezidenti Volodimir Zelenski Finlandiyaya səfəri çərçivəsində bu ölkədən olan həmkarı Sauli Niinistö ilə görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
***
13:03
Ukrayna prezidenti Volodimir Zelenski Finlandiyaya səfər edib.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Səfər zamanı Zelenski Skandinaviya ölkələrinin baş nazirləri ilə Finlandiya prezidenti Sauli Niinistö arasında keçiriləcək görüşdə iştirak edəcək.
Günün ikinci yarısında Prezident Sarayında baş tutacaq görüş Ukraynaya dəstək və digər aktual təhlükəsizlik məsələlərinə həsr olunacaq.