Modern.az

Qazax yolundakı qəzada ölənlərin sayı artdı

Qazax yolundakı qəzada ölənlərin sayı artdı

3 May 2023, 15:22

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, hadisə bu gün saat 13:05 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Kürdəmir rayonu, Sığırlı kəndi ərazisindən keçən 174-cü kilometrliyində baş verib.

 

“Mercedes” markalı, 90-ZD-493 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı, 66-BH-162 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Hadisə zamanı “Mercedes” markalı avtomobildə olan 3 nəfər sərnişin dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?