Modern.az

Astarada ağır cinayət: Kişini öldürüb meşəyə atdılar

Astarada ağır cinayət: Kişini öldürüb meşəyə atdılar

3 May 2023, 15:52

Astarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanıb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan bildirilib.

 

Məlumata görə, mayın 3-ü Astarada meşəlik ərazidə 1969-cu il təvəllüdlü Astara rayon sakini Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə qətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.

 

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?