Modern.az

Ohanyanın işi icraata götürüldü

Ohanyanın işi icraata götürüldü

Dünya

3 May 2023, 15:58

Məhkəmə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və daha 11 nəfərə qarşı işi icraata qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bağlı qapılar arxasında keçiriləcək hazırlıq iclası mayın 8-nə təyin edilib.

 

Qeyd edək ki, hazırda parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəri olan eks-nazir külli miqdarda dövlət vəsaitinin ələ keçirilməsində ittiham olunur. Bundan əvvəl parlament onun toxunulmazlıq hüququnun ləğvi və haqqında araşdırma başladılmasına icazə verilməsi barədə qərar çıxarmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi