2023-cü ilin birinci rübündə Rusiya vətəndaşları üçün ən populyar xarici səyahət istiqamətləri məlum olub.
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhədlər üzrə qurumu məlumat yayıb.
Birinci yerdə Türkiyə qərarlaşıb. İkinci yeri Birləşmiş Ərəb Əmirlikləri, üçüncü yeri isə Tailand tutub. İlk beşliyi Misir və Ermənistan tamamlayır.
Məlumata görə, yanvardan bəri Ermənistana 84 mindən çox Rusiya vətəndaşı səfər edib.