Türkiyənin Ali Seçki Komissiyasında (YSK) Daxili İşlər Nazirliyinin seçkilərin nəticələri ilə bağlı tələbinə baxılıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə DİN-in müraciəti komissiyaya daxil olub.
Müzakirələrdən sonra səsverməyə çıxarılan Daxili İşlər Nazirliyinin seçki qutuları üzrə məlumatların quruma ötürülməsi tələbi səs çoxluğu ilə rədd edilib.
Qeyd edək ki, 14 mayda Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək.