Modern.az

Azərbaycanda tutulan İran vətəndaşı azadlığa buraxılıb

Azərbaycanda tutulan İran vətəndaşı azadlığa buraxılıb

Təhsil

27 İyun 2013, 15:37


“Azərbaycanda tutulan İran vətəndaşı Mikayıl Kazımi azad olunub və hazırda ölkəsindədir”. Məlumatı “Media forum” saytına İran səfirliyindən veriblər.

Mikayıl Kazımi 2012-ci ilin sonlarında həbs olunmuşdu. Səbəb onun Azərbaycana keçərkən xidməti silahının xəzinəsini unudaraq özündə saxlaması idi. Ona 3 il 6 ay həbs cəzası kəsilmişdi.

Mikayıl Kazıminin apellyasiya şikayətinə iyulun 24-də Nəsimi Rayon Məhkəməsində baxılıb. Proses hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilib. Mikayıl Kazımi azadlığa buraxılıb, amma qərarın detalları bəlli deyil.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi