Modern.az

Vaşinqtonda sülh danışıqlarının növbəti mərhələsi başlayıb

Vaşinqtonda sülh danışıqlarının növbəti mərhələsi başlayıb

Ölkə

3 May 2023, 17:34

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının növbəti mərhələsi başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Hayeli" nəşri məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçüncü dəfə ikitərəfli görüş keçirilir.

 

ABŞ-ın diplomatik mənbələrindən nəşrə bildirilib ki, danışıqlarda sülhlə bağlı yol xəritəsinin hazırlanmasına nail olmaq üçün cəhdlər ediləcək.

 

Qeyd edək ki, bu gün danışıqların üçüncü günüdür. Belə ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj